Haqqimizda
BT Texno Servis MMC Azərbaycanda ətraf mühit, tullantıların idarə edilməsi sahəsində məşğul olan mühəndis şirkətidir. Bizim neftlə çirklənmiş torpaqların və çirkab sularının təmizlənməsi sahəsində uzunmüddətli təcrübəmiz var. BT Texno Servis MMC yenilikçi və sahə sınaqdan keçirilmiş texnologiyalar, kiçik miqyaslı sahə pilot testləri və tam miqyaslı bərpa xidmətləri, ekoloji tədqiqatlar, yeraltı və yerüstü suların çirklənməsinin lokallaşdırılması və bərpası təmin edir. BT Texno Servis MMC ətraf mühitlə bağlı layihələrin aparılmasının effektivliyi, davamlılığı və ətraf mühitə uyğunluğunu təmin etmək üçün müqavilə tərəfdaşları və digər məsləhət şirkətləri ilə sıx əməkdaşlıq qurmuşdur.
BT Texno servis şirkəti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən Təhlükəli Tullantıların Utilizasiyası üçün verilmiş lisenziyaya malikdir.
Missiyamız
BT TexnoServis Şirkəti Bakıda (Azərbaycan) yerləşir. Abşeron yarımadasında Bakının ətrafında neftlə çirklənmiş torpaq və göllər daxil olmaqla təxminən 300.000.000 m2 əraziyə malikdir. Bunlardan 28,000,000 çox çirkli ərazilərə aiddir. Bizim missiyamız o torpaqlar və suların təmizlənməsi üçün effektiv üsulların inkişaf etdirilməsidir.